Azərbaycan və Ermənistan müvəqqəti humanitar atəşkəsə razılıq verib

Azərbaycan və Ermənistan müvəqqəti humanitar atəşkəsə razılıq verib Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.
Dağlıq Qarabağ münaqişəsi
19089
17 Oktyabr , 2020 23:03
Azərbaycan və Ermənistan müvəqqəti humanitar atəşkəsə razılıq verib

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr yerli vaxtla saat 00:00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən bildirilib.

Qərar ATƏT-in Minsk Qrupu həmsədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa Respublikası və Rusiya Federasiyasının Prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həmsədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi