Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək

Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək Bakı. 27 iyun. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 28-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Qarabağ
27 İyun , 2018 11:52
Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 28-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Saymon Tiller və Martin Şuster keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi