Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə müşahidəçilərin səlahiyyətlərinin genişləndirilməsi barədə razılığa gəlib

Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə müşahidəçilərin səlahiyyətlərinin genişləndirilməsi barədə razılığa gəlib Söhbət ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin aparatının imkanlarının genişləndirilməsindən gedir
Qarabağ
18 Yanvar , 2018 22:57
Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsi üzrə müşahidəçilərin səlahiyyətlərinin genişləndirilməsi barədə razılığa gəlib

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi aparatının imkanlarının genişləndirilməsi barədə prinsipial razılaşma əldə ediblər.

“Report” xəbər verir ki, bu barədə Polşanın Krakov şəhərində Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüşün yekununda Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə keçirilib.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin aparatı (hazırda Anjey Kaspşik) Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq aparmaqla məşğuldur.

Son xəbərlər

Orphus sistemi