Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələri cəbhədə ermənilərin texnikasını məhv edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinə məxsus sığınacaqda olan hərbi texnika sərrast atəşlə məhv edilib.