​Azərbaycan Prezidenti: “Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik” - VİDEO

​Azərbaycan Prezidenti: “Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik” - VİDEO “Yaralılar deyir ki, istəyirik, tezliklə sağalıb döyüş bölgəsinə gedək”
Qarabağ
5 Aprel , 2016 13:54
​Azərbaycan Prezidenti: “Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik” - VİDEO

“Yaralılar deyir ki, istəyirik, tezliklə sağalıb döyüş bölgəsinə gedək”

Bakı. 5 aprel. REPORT.AZ/ “Azərbaycan Ordusu həmişəki kimi bu dəfə də düşməni yerinə oturtdu. Bu gün də biz tam üstünlük əldə etmişik. Buna baxmayaraq, biz bəyan etmişdik ki, birtərəfli qaydada atəşkəs elan edirik, bir şərtlə ki, qarşı tərəf də atəşkəsə əməl etsin. Biz müharibə istəmirik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Bu, çətin məsələdir. Amma BMT, ATƏT İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Düzdür, beynəlxalq təşkilatların qərarları hələ lazımi nəticəyə gətirib çıxartmayıb, amma bu, məsələnin hüquqi həlli üçün əsasdır. Baxmayaraq ki, danışıqlar nəticə vermir, biz danışıqlara həmişə hazırıq”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev cəbhə bölgəsində ermənilərin hücumunu dəf edərkən yaralanmış və şəhid olmuş hərbçilərin ailə üzvləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, erməni tərəfi sonuncu təxribatı bu məsələ ilə məşğul olan vasitəçilər tərəfindən təzyiqlərin artması səbəbindən törədib: “Artıq heç kimə sirr deyil ki, vəziyyət nədən ibarətdir. Ona görə də danışıqlar prosesini pozmaq üçün onlar bu təxribata əl atdılar. Bu təxribat nəticəsində şəhidlərimiz olub, yaralılar var. Amma Azərbaycan xalqı onu da bilir ki, düşmənə böyük, sarsıdıcı zərbə vurulub.

Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik. Sizə də təşəkkür edirik ki, belə vətənpərvər və qəhrəman övladlar yetişdirmisiniz. Hazırda yaralılar deyir ki, istəyirik, tezliklə sağalıb döyüş bölgəsinə gedək. Bu, Azərbaycan xalqının ucalığıdır. Bu, onu göstərir ki, Azərbaycan xalqı mətin, vətənpərvər və cəsarətlidir. Həkimlər mənə dedi ki, bütün yaralılar sağalacaq, tibb işçiləri bunun üçün əllərindən gələni edəcəklər.

Ölkəmizin ərazi bütövlüyünün qorunması hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb, heç vaxt da olmayacaq”.

Son xəbərlər

Orphus sistemi