Azərbaycan ordusunun şəhid polkovniki və onun əsgəri Şəhidlər Xiyabanında dəfn edilib - FOTO - YENİLƏNİB

Azərbaycan ordusunun şəhid polkovniki və onun əsgəri Şəhidlər Xiyabanında dəfn edilib - FOTO - YENİLƏNİB "Qardaşım bu vətən üçün doğuldu, bu vətən üçün şəhid oldu"
Qarabağ
5 Aprel , 2016 12:41
Azərbaycan ordusunun şəhid polkovniki və onun əsgəri Şəhidlər Xiyabanında dəfn edilib - FOTO - YENİLƏNİB

Sumqayıt. 5 aprel. REPORT.AZ/ Təmas xəttində ermənilərin təxribatlarının qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun polkovniki və onun əsgəri dəfn olunub. "Report"un məlumatına görə, cəbhədə gedən döyüşlərdə həlak olan polkovnik-leytenant, 1972-ci il təvəllüdlü Raquf İbrahim oğlu Orucov və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, 1989-cu il təvəllüdlü Murad Vaqif oğlu Məmmədov Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Müdafiə Nazirliyinin rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

** 11:12

Sumqayıt. 5 aprel. REPORT.AZ/ Azərbaycan ordusunun şəhid olan zabiti, polkovnik-leytenant Raquf Orucovla vida mərasimi başlayıb.

"Report"un məlumatına görə, təmas xəttində düşmənlə gedən döyüşdə şəhid olan R.Orucovla vida mərasimində Müdafiə Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Şəhidin qardaşı Zabil Orucov onun həyat yolundan danışıb: "Qardaşım bu vətən üçün doğuldu, bu vətən üçün şəhid oldu".

R.Orucovun vida mərasiminə gələnlər "Şəhidlər ölməz, vətən bölünməz!", "Qarabağ bizimdir, bizim olacaq!" və digər bu kimi şüarlar səsləndiriblər.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi