Azərbaycan ordusunun şəhid olmuş zabiti Cəlilabadda torpağa tapşırılıb - FOTO

Azərbaycan ordusunun şəhid olmuş zabiti Cəlilabadda torpağa tapşırılıb - FOTO Hüseyn Əkbərli iyulun 29-dan 30-na keçən gecə şəhid olub
Qarabağ
30 İyul , 2017 23:57
Azərbaycan ordusunun şəhid olmuş zabiti Cəlilabadda torpağa tapşırılıb - FOTO
Foto: Report.az

Cəlilabad. 30 iyul. REPORT.AZ/ İyulun 29-dan 30-na keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhədə növbəti dəfə atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əkbərli Hüseyn Zakir oğlu torpağa tapşırılıb.

“Report”un Aran bürosu xəbər verir ki, 1993-cü il təvəllüdlü leytenantın Azərbaycan bayrağına bükülmüş cənazəsi bu gün axşam saat 23:30 radələrində doğulduğu Cəlilabadın Eçara kəndinə gətirilib.

Dəfn mərasimində Cəlilabad Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin rəsmiləri, hüquq-mühafizə orqanları əməkdaşları, mərhumun əsgər və zabit yoldaşları, ictimaiyyət nümayəndələri və başqaları iştirak ediblər. Şəhidin doğulduğu evdə vida mərasimi keçirilib. Sonra cənazə kənd qəbiristanlığına aparılıb. Şəhid zabitin cənazəsi yayılım atəşləri altında doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Tabut üzərindəki üçrəngli bayrağımız xatirə olaraq şəhidin ailəsinə təqdim edilib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi