​Azərbaycan Ordusunun əsgəri ermənilərlə atışmada şəhid olub

​Azərbaycan Ordusunun əsgəri ermənilərlə atışmada şəhid olub Onun həyatını xilas etmək mümkün olmayıb
Qarabağ
6 Fevral , 2015 11:47
​Azərbaycan Ordusunun əsgəri ermənilərlə atışmada şəhid olub

Bakı. 6 fevral. REPORT.AZ/ Fevralın 5-də axşam saatlarında erməni silahlı bölmələri ilə atışmada xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Ağayev Fərid Rüfət oğlu ağır yaralanıb.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Əsgərə vaxtında və müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, təəssüflər olsun ki, onun həyatını xilas etmək mümkün olmayıb.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi