MN: Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir

MN: Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb.
Dağlıq Qarabağ münaqişəsi
10351
1 Oktyabr , 2020 15:15
MN: Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir
0 : 00
0 : 00

Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. 

"Bir daha bildiririk ki, Ermənistan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir. Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi