​Azərbaycan Ordusu Ermənistanın hərbi obyektlərinə cavab zərbələri endirib

​Azərbaycan Ordusu Ermənistanın hərbi obyektlərinə cavab zərbələri endirib Düşmən aprelin 26-sı Tərtər şəhəri və rayonun ərazisini minaatan, haubitsa və yayılım atəşli reaktiv sistemlərdən atəşə tutub
Qarabağ
26 Aprel , 2016 07:54
​Azərbaycan Ordusu Ermənistanın hərbi obyektlərinə cavab zərbələri endirib

Bakı. 26 aprel. REPORT.AZ/ Aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və DM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Müdafiə Nazirliyi bildirir ki, bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi kriminal rəhbərliyi daşıyacaq.

Son xəbərlər

Orphus sistemi