Azərbaycan Müdafiə Nazirliyi: Erməni kəşfiyyat-təxribat qrupları məhv edilib

Azərbaycan Müdafiə Nazirliyi: Erməni kəşfiyyat-təxribat qrupları məhv edilib Şiddətli atışma zamanı çoxsaylı itki verən ermənilər geri çəkilməyə məcbur edilib"
Qarabağ
9 Dekabr , 2014 11:38
Azərbaycan Müdafiə Nazirliyi: Erməni kəşfiyyat-təxribat qrupları məhv edilib

Bakı. 9 dekabr. REPORT.AZ/ Dekabrın 8-də axşam saatlarında cəbhənin cənub istiqamətində erməni kəşfiyyat-təxribat qrupları təmas xəttini keçməyə cəhd göstəriblər.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı çoxsaylı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç bir itki yoxdur, cəbhə boyu vəziyyətə tam nəzarət edilir.

Son xəbərlər

Orphus sistemi