​Azərbaycan Müdafiə Nazirliyi: Serj Sarqsyan dünya ictimaiyyətini aldadır

​Azərbaycan Müdafiə Nazirliyi: Serj Sarqsyan dünya ictimaiyyətini aldadır “Bu cani müxtəlif qurumlarda ziddiyyətli bəyanatları ilə “zavallı” xalqına mərhəmət və yardım dilənməklə məşğuldur”
Qarabağ
22 Dekabr , 2015 15:48
​Azərbaycan Müdafiə Nazirliyi: Serj Sarqsyan dünya ictimaiyyətini aldadır

“Bu cani müxtəlif qurumlarda ziddiyyətli bəyanatları ilə “zavallı” xalqına mərhəmət və yardım dilənməklə məşğuldur”

Bakı. 22 dekabr. REPORT.AZ/ “Ermənistan Respublikasının prezidenti Serj Sarqsyanın Moskva şəhərində keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında populist çıxışı coğrafiyadan anlayışı olmayan, qeyri-adekvat şəxsin danışması təəssüratını yaradır. Azərbaycan ərazilərinin işğalında, günahsız insanların qətlində bilavasitə iştirak edən, terrorizmi, separatizmi, işğalçılığı dövlət siyasəti səviyyəsinə qaldıran Serj Sarqsyan indi də bu cür yalan çıxışları ilə dünya ictimaiyyətinin gözünə kül üfürür və onları yanlış istiqamətə yönəltməyə cəhd göstərir”.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Açıqlamada vurğulanıb ki, dünyada heç bir dövlət, hətta Ermənistan tərəfindən belə tanınmayan Dağlıq Qarabağda quldur dəstələrinə başçılıq edən, terror təşkilatları ilə isti münasibətlərdə olan və öz xalqını daim aldatmaq vərdişindən əl çəkməyən bu cani müxtəlif qurumlarda ziddiyyətli bəyanatları ilə “zavallı” xalqına mərhəmət və yardım dilənməklə məşğuldur: “Terrorizmə və separatizmə qarşı mübarizədə fəal iştirak edən Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədilə dünya ölkələri tərəfindən tanınan sərhədlərimiz daxilində terrorun, işğalçılığın və separatizmin kökünün birdəfəlik kəsilməsi üçün müvafiq tədbirlər görür və gələcəkdə də görəcək”.

Son xəbərlər

Orphus sistemi