Yuxarı

Azərbaycan MN: Mövqelərimizə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi dərhal neytrallaşdırılacaq

Azərbaycan MN: Mövqelərimizə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi dərhal neytrallaşdırılacaq

Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi bəyanat yayıb.

"Report"un məlumatına görə, bəyanatda bildirilib ki, Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır.

"İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur", deyə bəyanatda vurğulanıb. 

Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq və baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi