Azərbaycan MN: Kamavor Xaçatryanın Ermənistan ordusundakı yaralılar barədə verdiyi rəqəmlər obyektivliyi qətiyyən əks etdirmir

Azərbaycan MN: Kamavor Xaçatryanın Ermənistan ordusundakı yaralılar barədə verdiyi rəqəmlər obyektivliyi qətiyyən əks etdirmir “Yalnız aprel hadisələri zamanı 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı”
Qarabağ
26 Yanvar , 2017 11:54
Azərbaycan MN: Kamavor Xaçatryanın Ermənistan ordusundakı yaralılar barədə verdiyi rəqəmlər obyektivliyi qətiyyən əks etdirmir

Bakı. 26 yanvar. REPORT.AZ/ "Ermənistan Silahlı Qüvvələri hərbi tibb idarəsinin rəisi Kamavor Xaçatryanın ordularındakı yaralılar barədə verdiyi rəqəmlər obyektivliyi qətiyyən əks etdirmir".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Yalnız aprel hadisələri zamanı döyüşlərdə 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Hətta bəzi erməni müstəqil hərbi ekspertləri də Azərbaycan tərəfinin səsləndirdiyi bu rəqəmlərin daha çox həqiqətə uyğun olduğunu çıxışlarında dolayısı ilə təsdiqləyiblər", - nazirlikdən əlavə olunub.

Həmçinin bildirilib ki, hazırda aprel döyüşləri zamanı ağır yaralanan 150 nəfərədək erməni hərbi qulluqçusunun Ermənistanın müxtəlif hərbi tibb müəssisələrində və bir sıra xarici ölkələrdə müalicəsi davam edir: "Onu da əlavə edək ki, cari ilin hələ sona çatmayan yanvar ayı ərzində Ermənistan silahlı qüvvələrinin itkilərinin sayı artıq 10 nəfəri keçib".

Son xəbərlər

Orphus sistemi