Azərbaycan MN: Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib

Azərbaycan MN: Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib Azərbaycan ordusunun bölmələrinin sayıqlığı nəticəsində kvadrokopter vaxtında aşkar olunaraq ələ keçirilib
Qarabağ
21 Fevral , 2018 18:44
Azərbaycan MN: Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib

Bakı. 21 fevral. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bu gün cəbhənin Füzuli istiqamətində Azərbaycan ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib. 

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan ordusunun bölmələrinin sayıqlığı nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter vaxtında aşkar olunaraq ələ keçirilib.

Son xəbərlər

Orphus sistemi