Azərbaycan MN: Ermənistan cəbhədə “OSA” zenit raket kompleksindən istifadə edib

Azərbaycan MN: Ermənistan cəbhədə “OSA” zenit raket kompleksindən istifadə edib İlkin araşdırma Ermənistan silahlı qüvvələrinin silahlanmasında olan raketlərin köhnə və istismara yararsız olduğunu göstərib
Qarabağ
28 Aprel , 2017 12:00
Azərbaycan MN: Ermənistan cəbhədə “OSA” zenit raket kompleksindən istifadə edib

Bakı. 28 aprel. REPORT.AZ/ Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Aprelin 27-də axşam saatlarında Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində “OSA” zenit raket kompleksindən buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb.
Əraziyə baxış keçirilərək 9M33M2 tipli raketin başlıq hissəsi və digər qalıqları tapılaraq götürülüb.
İlkin araşdırma Ermənistan silahlı qüvvələrinin silahlanmasında olan raketlərin köhnə və istismara yararsız olduğunu göstərib.

Son xəbərlər

Orphus sistemi