Müdafiə Nazirliyi: ​Ermənilər növbəti dəfə səhvən öz pilotsuz uçan aparatlarını vurublar

Müdafiə Nazirliyi: ​Ermənilər növbəti dəfə səhvən öz pilotsuz uçan aparatlarını vurublar "Bu, son həftə ərzində düşmən hərbi qulluqçularının qeyri-peşəkarlığı nəticəsində səhvən vurulan ikinci "X-55" tipli PUA-dır"
Qarabağ
19 May , 2016 19:48
Müdafiə Nazirliyi: ​Ermənilər növbəti dəfə səhvən öz pilotsuz uçan aparatlarını vurublar

Bakı. 19 may. REPORT.AZ/ Mayın 19-da saat 13.20 radələrində cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan Silahlı Qüvvələrinə məxsus "X-55" tipli PUA erməni bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, PUA-nın ermənilərin mövqelərinə yaxın əraziyə düşdüyü bölmələrimiz tərəfindən müşahidə olunub.

Bu, son həftə ərzində düşmən hərbi qulluqçularının qeyri-peşəkarlığı nəticəsində səhvən vurulan ikinci "X-55" tipli PUA-dır", - deyə Müdafiə Nazirliyindən qeyd olunub.

Son xəbərlər

Orphus sistemi