Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 86 dəfə pozub

Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 86 dəfə pozub Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 86 dəfə atəş zərbəsi endirib
Qarabağ
19 Oktyabr , 2015 09:50
Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 86 dəfə pozub

Bakı. 19 oktyabr. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 86 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Talış, Tərtər rayonunun Çiləbürt, Qızıloba, Ağdam rayonunun Kəngərli, Sarıcalı, Şuraabad, Mərzili, Novruzlu, Cəvahirli, Qaraqaşlı, Şıxlar, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 86 dəfə atəş zərbəsi endirib.

Son xəbərlər

Orphus sistemi