Azərbaycan MN: ​Düşmənin 6 nəfərədək hərbi qulluqçusu məhv edilib

Azərbaycan MN: ​Düşmənin 6 nəfərədək hərbi qulluqçusu məhv edilib Ermənilər son döyüşdə xeyli itki verib, çoxlu sayda yaralısı var
Qarabağ
10 Oktyabr , 2015 13:26
Azərbaycan MN: ​Düşmənin 6 nəfərədək hərbi qulluqçusu məhv edilib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi cəbhədə baş verən son döyüş haqda məlumat yayıb. 

"Report" nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 9-da axşam saatlarında qoşunların təmas xəttində düşmənlə döyüş toqquşması zamanı Azərbaycan Silahlı Qüvvələri bölmələrinin qarşı tərəfə vurduğu zərbələr nəticəsində düşmənin 6 nəfərədək hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.

Azərbaycan ordusunun bir hərbi qulluqçusu yaralanıb.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bütün cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir. 

Son xəbərlər

Orphus sistemi