Azərbaycan MN: Bu, Ermənistan xüsusi xidmət orqanlarının primitiv saxtakarlığı və iyrənc yalanıdır

Azərbaycan MN: Bu, Ermənistan xüsusi xidmət orqanlarının primitiv saxtakarlığı və iyrənc yalanıdır "Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər"
Qarabağ
2 Sentyabr , 2017 09:44
Azərbaycan MN: Bu, Ermənistan xüsusi xidmət orqanlarının primitiv saxtakarlığı və iyrənc yalanıdır

Bakı. 2 sentyabr. REPORT.AZ/ "Son günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan Ordusu barədə bir-birinin ardınca müxtəlif məzmunlu uydurma "əhvalatlar", yaxud "sənədlər" hazırlayıb kütləvi informasiya vasitələrinə ötürürlər".

Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər. 

Nazirlikdən qeyd olunub ki, Ermənistan KİV-lərində yayılan növbəti uydurmadan da xəbərdardılar: "Bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan iyrənc yalanı şərh etmək istəmirik. Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər".

Son xəbərlər

Orphus sistemi