​Azərbaycan MN: Akopyanın verdiyi məğlub xarakterli çıxışı ictimaiyyətin diqqətinin yayındırılmasına xidmət edən populist cəhddən başqa bir şey deyil

​Azərbaycan MN: Akopyanın verdiyi məğlub xarakterli çıxışı ictimaiyyətin diqqətinin yayındırılmasına xidmət edən populist cəhddən başqa bir şey deyil "Düşmənə qarşı döyüş əməliyyatlarında yüksək peşəkarlıq və döyüş qabiliyyətinə malik hərbi qulluqçular iştirak edir"
Qarabağ
7 Aprel , 2015 16:12
​Azərbaycan MN: Akopyanın verdiyi məğlub xarakterli çıxışı ictimaiyyətin diqqətinin yayındırılmasına xidmət edən populist cəhddən başqa bir şey deyil

Bakı. 7 aprel. REPORT.AZ/ “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə tam əhatə olunaraq maddi, mənəvi və texniki cəhətdən hərtərəfli təmin olunub. Qondarma-separatçı rejimin “müdafiə naziri” Movses Akopyanın verdiyi məğlub xarakterli çıxışı, son zamanlar cəbhədə çoxlu sayda itkilərlə müşahidə olunan uğursuzluqlarının ört-basdır edilməsinə və ictimaiyyətin diqqətinin yayındırılmasına xidmət edən populist cəhddən başqa bir şey deyil”. “Report”un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşmənə qarşı döyüş əməliyyatlarında yüksək peşəkarlıq və döyüş qabiliyyətinə malik, eləcə də ən müasir silah və texnika ilə təmin edilmiş Azərbaycan hərbi qulluqçuları iştirak edir.

Son xəbərlər

Orphus sistemi