Azərbaycan gəncləri dünya ictimaiyyətinə etiraz edir

Azərbaycan gəncləri dünya ictimaiyyətinə etiraz edir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ölkəmizin dinc mülki əhalisini hədəfə almasına dünya ictimaiyyətinin biganə qalması gənclərin etirazına səbəb olub.
Qarabağ
14 Oktyabr , 2020 12:37
Azərbaycan gəncləri dünya ictimaiyyətinə etiraz edir

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ölkəmizin dinc mülki əhalisini hədəfə almasına dünya ictimaiyyətinin biganə qalması gənclərin etirazına səbəb olub.

Gənclər Fondundan "Report"a verilən məlumata görə, Azərbaycan gəncləri Ermənistan silahlı qüvvələrinin Gəncə, Mingəçevir, Yevlax, Bərdə, Naftalan, Goranboy, Tərtər, Ağdam, Ağcabədi və digər şəhər və rayonlarda mülki əhali və infrastrukturu mərmi və raket atəşinə məruz qoyması, nəticədə uşaq və qadınlar da daxil olmaqla çoxlu sayda insanın həlak olmasına dünya siyasətçiləri, beynəlxalq təşkilatlar, media nümayəndələri və sıravi şəxslərin əksəriyyətinin biganə yanaşmasına, bəzi hallarda isə aşkar faktlara rəğmən hətta qərəzli mövqe nümayiş etdirmələrinə özünəməxsus tərzdə etiraz ediblər.

Erməni qəsbkarlarının mərmi və raket atəşləri nəticəsində ailə üzvlərini, yaxınlarını, qonşularını, dost və tanışlarını itirən gənclər ağızlarını skotç lenti ilə bağlayaraq bu hərbi cinayətlərə və insan fəlakətinə səssiz qalan dünyaya öz etiraz ismarışlarını çatdırıblar.

Sosial şəbəkələrdə fləşmob xarakteri daşıyan kampaniya bütün dünyanın diqqətini problemə cəlb etmək məqsədi güdür.

Son xəbərlər

Orphus sistemi