Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək Monitorinqin Ağdam rayonunun Orta Qərvənd kəndi yaxınlığındakı təmas xəttində keçirilməsi planlaşdırılır
Qarabağ
1 Dekabr , 2015 10:22
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 2-də Ağdam rayonunun Orta Qərvənd kəndi yaxınlığındakı təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Jiri Aberle və Saymon Tiller keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi