Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller keçirəcəklər
Qarabağ
21 Sentyabr , 2015 11:17
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

Bakı. 21 sentyabr. REPORT.AZ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 22-də Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeniy Şarov və Piter Svedberq keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi