​Azərbaycan 3 şəhid verib, ermənilərin 7 hərbçisi məhv edilib

​Azərbaycan 3 şəhid verib, ermənilərin 7 hərbçisi məhv edilib Düşmənin canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə zərbə endirilib
Qarabağ
28 Sentyabr , 2015 13:15
​Azərbaycan 3 şəhid verib, ermənilərin 7 hərbçisi məhv edilib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Sentyabrın 27-də gün ərzində və 28-nə keçən gecə Azərbaycanın Silahlı Qüvvələrinin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınıb. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Erməni hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş koordinatda onun müdafiəsinin dərinliyindəki canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə endirilən zərbələrindən sonra qarşı tərəfin 7 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.

Düşmənlə ağır döyüşlərdə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu - Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olmuş hərbi qulluqçuların ailələrinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!

“Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və qoşunların təmas xəttində təxribatların qarşısını almaq məqsədilə düşmənə qarşı müvafiq tədbirlər həyata keçirilir”, - nazirlikdən bildirilib.

Son xəbərlər

Orphus sistemi