Avstriyanın ATƏT-dəki nümayəndəliyi: “Atəşkəs rejiminin pozulması qəbuledilməzdir və sülh prosesini sarsıdır”

Avstriyanın ATƏT-dəki nümayəndəliyi: “Atəşkəs rejiminin pozulması qəbuledilməzdir və sülh prosesini sarsıdır” Helen Şpitser: “Həmsədrlərin vasitəçilik səylərini tam dəstəkləyirik”
Qarabağ
22 İyun , 2017 11:21
Avstriyanın ATƏT-dəki nümayəndəliyi: “Atəşkəs rejiminin pozulması qəbuledilməzdir və sülh prosesini sarsıdır”

Bakı. 22 iyun. REPORT.AZ/ “Biz ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə dəfələrlə bəyan etmişik ki, atəşkəs rejiminin pozulması qəbuledilməzdir və bu, sülh prosesini sarsıdır”.

“Report” “Новости Армении-NEWS.am”a istinadən xəbər verir ki, bunu hazırda ATƏT-ə sədrlik edən Avstriyanın bu təşkilatdakı nümayəndəliyinin mətbuat katibi Helen Şpitser bildirib.

Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində son zamanlar atəşkəsin pozulmasına münasibət bildirən H.Şpitser deyib: “Biz həmsədrlərin iyunun 19-da verdikləri bəyanata istinad edərək, onların vasitəçilik səylərini tam dəstəkləyirik. Onların tənzimlənmə prosesinin irəliləməsi ilə bağlı bəyan etdikləri təkliflər ATƏT-in sədri kimi bizim məsələyə yanaşmamıza tam uyğundur”.

Son xəbərlər

Orphus sistemi