Avropa Parlamentində “Münaqişə zonalarında qadınların monoloqu“ mövzusunda konfrans və sərgi keçirilib

Avropa Parlamentində “Münaqişə zonalarında qadınların monoloqu“ mövzusunda konfrans və sərgi keçirilib Paris. 8 dekabr. REPORT.AZ/ Belçikanın paytaxtı Brüssel şəhərində, Avropa Parlamentinin binasında “Münaqişə zonalarında qadınların monoloqu“ mövzusunda konfrans və virtual fotosərgi keçirilib.
Qarabağ
8 Dekabr , 2017 14:15
Avropa Parlamentində “Münaqişə zonalarında qadınların monoloqu“ mövzusunda konfrans və sərgi keçirilib
Report

Paris. 8 dekabr. REPORT.AZ/ Belçikanın paytaxtı Brüssel şəhərində, Avropa Parlamentinin binasında “Münaqişə zonalarında qadınların monoloqu“ mövzusunda konfrans və virtual fotosərgi keçirilib.

“Report”un Qərbi Avropa bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Belçikadakı səfiri və Avropa İttifaqı yanındakı Nümayəndəliyinin başçısı Fuad İsgəndərov, Pakistanın Belçikadakı səfiri Naghmana Hashimi, Avropa Parlamentinin üzvləri Heidi Hautala, Vacid Xan və digər rəsmi şəxslər iştirak ediblər.

Avropa Parlamentinin deputatı Səccad Kərimin himayəsi və Avropa Qafqaz Evinin təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycanın Dağlıq Qarabağ, Pakistanın Kəşmir və Myanma müsəlmanlarının yaşadığı Rohingya bölgəsində münaqişələrin insanlara, xüsusilə qadınlara vurduğu zərərlərdən, qaçqın düşmüş qadınların üzləşdikləri zorakılığın formalarından, habelə ailə üzvlərinin itkisi, qaçqınlıq həyatı və münaqişələrin törətdiyi digər fəsadlarla üzləşən qadınların vəziyyətindən danışılıb, onların sülhün bərpa olunması prosesində yaxından iştiraklarının əhəmiyyəti və vacibliyi vurğulanıb.

Avropa Parlamentinin deputatı Səccad Kərim Dağlıq Qarabağ və digər münaqişələrin fəsadlarının yalnız bir qrup insan, bu münaqişə nəticəsində qaçqın və didərgin düşmüş insanlara deyil, bundan da artıq təhlükəli olduğunu, bütün cəmiyyət üçün misli olmayan problemlər törətdiyini bildirib. O, indiyədək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində bir çox addımların atıldığını bildirib və bundan sonrakı sülhməramlı dialoqlara qadınların daha artıq cəlb edilməsi ilə müsbət nəticələrin əldə ediləcəyinə töhfə verəcəyini vurğulayıb. S.Kərim qeyd edib ki, bu gün yer üzündə sülh müqavilələrinin yalnız 2 faizi qadınlar tərəfindən imzalanır.

Tədbirdə Rafiq Qəmbərov,Məhəmməd İsmayılov, Oleq Litvin, Elnur Babayev, Xalid Əsgərov,  Mirnaib Həsənoğlu və digər azərbaycanlı fotoqrafların şəkillərinin virtual sərgisi vasitəsilə Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurd-yuvasını tərk etmək məcburiyyəti ilə üzləşmiş azərbaycanlı qaçqın qadınların və uşaqların acı taleləri, yalnız münaqişə zəminində deyil, həmçinin münaqişədən sonra üzləşdikləri ağır durumları konfrans iştirakçılarına nümayiş etdirilib.

Ermənistanın təcavüzü nəticəsində məcburi köçkün düşmüş Zəngilan rayon sakini Vəfa Fərəcova virtual şəkildə qaçqınlıq həyatının çətinliklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan dövlətinə, xalqına vurduğu maddi-mənəvi ziyandan danışıb.

Avropa Parlamentinin üzvləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əllərindən gələni əsirgəməyəcəklərini, öz həmkarlarını bu məsələnin nizamlanmasına cəlb etmək üçün səylərini daha artıracaqlarını bildiriblər.

Konfransda münaqişələrin həlli üçün görülən tədbirlərdə, aparılan dialoqlarda qadınların iştiraklarının artırılmasının mühüm nəticələr əldə edilməsində böyük rol oynayacağı vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi