Avropa Parlamenti Qarabağda istehsal olunmuş malların Aİ ölkələrinə ixracının qarşısını almağa çağırıb

Avropa Parlamenti Qarabağda istehsal olunmuş malların Aİ ölkələrinə ixracının qarşısını almağa çağırıb Bakı. 4 iyul. REPORT.AZ/ Avropa Parlamenti (AP), Avropa İttifaqı (Aİ) və Ermənistan arasında imzalanmış yeni ikitərəfli sazişə dair qətnamə qəbul edilib.
Qarabağ
4 İyul , 2018 19:55
Avropa Parlamenti Qarabağda istehsal olunmuş malların Aİ ölkələrinə ixracının qarşısını almağa çağırıb

Bakı. 4 iyul. REPORT.AZ/ Avropa Parlamenti (AP), Avropa İttifaqı (Aİ) və Ermənistan arasında imzalanmış yeni ikitərəfli sazişə dair qətnamə qəbul edilib.

"Report"un məlumatına görə, sənədin 5-ci bəndində yeni sazişin məhz Aİ və Ermənistan Respublikasının ərazisini əhatə etdiyi vurğulanır və bunun ardınca Avropa Komissiyasına Ermənistan vasitəsilə hər hansı məhsulun qanunsuz şəkildə Avropa İttifaqına ixracının qarşısını almaqla bağlı çağırış edilir. Beləliklə, işğal olunmuş ərazilərimizdə qanunsuz istehsal olunmuş malların Aİ ərazisinə ixracına AP tərəfindən etiraz ifadə olunur.

Digər tərəfdən, qətnamədə seçkilərin saxtalaşdırılması, oliqarxik düzən, korrupsiya, ədliyyə sahəsində problemlərə dair çoxsaylı problemlər əhatəli şəkildə əks olunur.

Həmçinin insan hüquqları və media azadlığı, jurnalistlərin təqib olunması, gender bərabərliyi və sair sahələr üzrə tənqidi mövqe ortaya qoyulub.

Sənədin sonunda isə Ermənistanda hələ də fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyası ilə bağlı Avropa Parlamentinin ciddi narahatlığı vurğulanır.

Son xəbərlər

Orphus sistemi