Bakı. 5 mart. REPORT.AZ/ “Əminik ki,
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Donald Tusk martın 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransında bildirib.
“İki tərəf arasında danışıqlar prosesi və təmaslar ümidi artırır. Əminik ki, status-kvo uzun müddət belə qala bilməz. Beynəlxalq hüquq normaları çərçivəsində münaqişənin siyasi həllinin tapılması vacibdir”, - deyə D.Tusk vurğulayıb.