Avropa İttifaqı azərbaycanlı girovların azad edilməsi məsələsini yenidən Ermənistan qarşısında qaldıracaq

Avropa İttifaqı azərbaycanlı girovların azad edilməsi məsələsini yenidən Ermənistan qarşısında qaldıracaq Elmar Məmmədyarov Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
Qarabağ
29 Aprel , 2015 17:32
Avropa İttifaqı azərbaycanlı girovların azad edilməsi məsələsini yenidən Ermənistan qarşısında qaldıracaq

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Helbert Salberi qəbul edib. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda yaranmış vəziyyət müzakirə edilib. E.Məmmədyarov qeyd edib ki, mövcud status-kvonu qəbuledilməzdir və uzun müddət davam edə bilməz.

E.Məmmədyarov Ermənistanın girov götürdüyü azərbaycalı mülki vətəndaşlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsinə də toxunub. Nazir qeyd edib ki, humanitar xarakter daşıyan bu məsələnin beynəlxalq birlik və Avropa İttifaqı tərəfindən Ermənistan qarşısında qaldırılması vacibdir. O, girovların səhhəti ilə əlaqədar Azərbaycanın narahatlığını ifadə edib.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4000-dən artıq şəxsin itkin düşdüyünü deyən E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən dəstəkləndiyi kimi Ermənistan tərəfindən humanitar prinsiplərdən çıxış edərək onların taleyi barəsində məlumat verilməli olduğunu diqqətə çatdırıb. O əlavə etdi ki, DNK analizlər vasitəsilə itkin düşmüş şəxslərin kimliyi müəyyən edilə və nəticə etibarilə, ailələrinə və yaxınlarına onların taleyi barəsində məlumat verilə bilərdi.

XİN başçısı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun münaqişənin həllinə xidmət edə biləcək vacib etimad quruculuğu tədbiri olduğunu vurğulayıb.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Helbert Salber azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsini yenidən Ermənistan qarşısında qaldırılacağını bildirib.

H.Salber I Avropa Oyunlarının keçirilməsi münasibətilə Azərbaycanı təbrik ediB və bu oyunların sülhə, sabitliyə, çiçəklənmə və inkişafa xidmət etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi