​Avropa İnsan Haqları Məhkəməsi azərbaycanlı məcburi köçkünlərin şikayəti ilə bağlı qərarını açıqlayıb

​Avropa İnsan Haqları Məhkəməsi azərbaycanlı məcburi köçkünlərin şikayəti ilə bağlı qərarını açıqlayıb "Çıraqov və başqaları Ermənistana qarşı" işi 2005-ci ildə məhkəməyə təqdim olunub
Qarabağ
16 İyun , 2015 20:30
​Avropa İnsan Haqları Məhkəməsi azərbaycanlı məcburi köçkünlərin şikayəti ilə bağlı qərarını açıqlayıb

Bakı. 16 iyun. REPORT.AZ/ Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını aciqlayib. 

"Report" AİHM-in mətbuat xidmətinə istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub. 

Qeyd edək ki, "Çıraqov və başqaları Ermənistana qarşı" işi 2005-ci ilin aprelində baxılmaq üçün məhkəməyə təqdim olunub. Bu iş 1992-ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın Laçın rayonunda doğma ocaqlarını tərk etmək məcburiyyətində qalan və evlərinə qayıda bilməyən məcburi köçkünlərin 2005-ci ilin aprelində qaldırdıqları iddia əsasında icraata qəbul olunub.

Son xəbərlər

Orphus sistemi