ATƏT təmas xəttində monitorinq keçirəcək

ATƏT təmas xəttində monitorinq keçirəcək Monitorinqin Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində keçirilməsi planlaşdırılır
Qarabağ
4 Noyabr , 2015 09:53
ATƏT təmas xəttində monitorinq keçirəcək

Bakı. 4 noyabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 5-də Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Saymon Tiller keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və Piter Svedberq keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi