ATƏT sədrinin şəxsi nümayəndəsi qoşunların təmas xəttində monitorinq keçirəcək

ATƏT sədrinin şəxsi nümayəndəsi qoşunların təmas xəttində monitorinq keçirəcək Monitorinqin Ağdam rayonu ərazisində, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilməsi planlaşdırılır
Qarabağ
3 May , 2017 09:56
ATƏT sədrinin şəxsi nümayəndəsi qoşunların təmas xəttində monitorinq keçirəcək

Bakı. 3 may. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 4-də Ağdam rayonu ərazisində, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndə səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi