Yuxarı
    Bağlamaq

    ATƏT sədri: "Təşkilat məkanında etimadı bərpa etmək zəruridir"

    ATƏT Avropada təhlükəsizlik və əməkdaşlığın qurulmasına töhfəsini verə bilər
    © Getty Images/ Elvis Barukcic

    Bakı. 7 dekabr. REPORT.AZ/ "Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Avropada təhlükəsizlik və əməkdaşlığın qurulmasına töhfəsini verə bilər."

    "Report"un verdiyi xəbərə görə, bu barədə ATƏT-də sədrlik edən Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

    "ATƏT məkanında münaqişələrin həlli məsələsində bu il müsbət irəliləyişlər olub, xüsusilə təşkilat bu ölkələrin münaqişələrdən əziyyət çəkən əhalisinə dəstək göstərib", - diplomat deyib.

    Onun sözlərinə görə, ATƏT görüşlər təşkil edərək və sahə missiyalarını həyata keçirərək, unikal bir platformaya çevrilir: "ATƏT məkanında etimadı bərpa etmək zəruridir".

    Bundan başqa, S.Kurts bütün ölkələrə təhlükə mənbəyi olan radikalizm və terrora qarşı mübarizənin əhəmiyyətini vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi