ATƏT sədri Azərbaycan və Ermənistan jurnalistlərinin səfərinə münasibət bildirib

ATƏT sədri Azərbaycan və Ermənistan jurnalistlərinin səfərinə münasibət bildirib ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərinə münasibət bildirib.
Qarabağ
28 Noyabr , 2019 13:23
ATƏT sədri Azərbaycan və Ermənistan jurnalistlərinin səfərinə münasibət bildirib

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərinə münasibət bildirib.

"Report"un xəbərinə görə, Bakıda səfərdə olan ATƏT sədri jurnalsitlərə açıqlamasında bunun müsbət addım olduğunu, etimadı artırdığını, ab-havanı yaxşılaşdırdığını və gərginliyi azaltdığını deyib.

O hesab edir ki, bu, siyasi həll üçün yol açacaq: "Bildiyiniz kimi, Slovakiya bu il ATƏT-ə sədrlik edir. Biz, əlbəttə ki, vəziyyətin inkişafını yaxından izləyirik. İnanıram ki, Slovakiyanın sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verəcək".

Son xəbərlər

Orphus sistemi