Bakı. 24 may. REPORT.AZ/ ATƏT-in Parlament Assambleyasının xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycan və Ermənistana səfərlər barədə hesabat hazırlayacaq. O, bu hesabatı ATƏT PA-nın Tbilisidə keçiriləcək illik sessiyasında təqdim edəcək.
"Report" "ArmToday" portalına istinadən xəbər verir ki, bu barədə K.Vigenin Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovla görüşü zamanı bildirib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması haqqında danışan K.Vigenin regionda sülhün bərqərar olması üçün ATƏT-in Minsk qrupunun mandatının müzakirə olunmayacağı böyük səylərə ehtiyac duyulduğunu qeyd edib.
Bu il ATƏT Parlament Assambleyasının illik sessiyası iyulun 1-dən 5-dək Tbilisidə keçiriləcək. ATƏT PA-nın sessiyasında 57 ölkədən 700 deputatın iştirak edəcəyi gözlənilir.