Yuxarı

ATƏT PA-nın prezidenti: "Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində saxlanılmalıdır"

ATƏT PA-nın prezidenti: "Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində saxlanılmalıdır"
Georgi Tsereteli: Həll edilməmiş münaqişələrin nizama salınması istiqamətində səyləri artırmaq vacibdir

Bakı. 24 noyabr. REPORT.AZ/ "Həll edilməmiş münaqişələrin nizama salınması istiqamətində səyləri artırmaq vacibdir".

"Report"un verdiyi xəbərə görə, bu barədə Kopenhagendə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclasında çıxışı zamanı ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Georgi Tsereteli bildirib.

"Fərq etməz, hansı münaqişə və ya torpaqların işğalı barədə danışırıq, Ukraynada, Azərbaycanda və ya Gürcüstanda baş verən münaqişələr, hər gün bunların nəticəsində insanlar əziyyət çəkir", - o deyib.

"Bu məsələ diqqət mərkəzində saxlanılmalıdır", - ATƏT PA-nın prezidenti qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi