Yuxarı

ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı parlament platforması yaratmaq təklif olunub

ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı parlament platforması yaratmaq təklif olunub
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin ATƏT PA-nın payız plenar sessiyasının gedişində qaldırılacağı planlaşdırılır

Bakı. 5 iyul. REPORT.AZ/ ATƏT-in Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr üçün parlament platforması yaradılmasını təklif edib.

"Report" xəbər verir ki, bu barədə K.Vigenin ATƏT PA-nın Minskdə keçirilən plenar iclasında bildirib.

O, belə platformanın ATƏT PA və münaqişə tərəflərindən təsdiq aldıqdan sonra yaradılacağını vurğulayıb.

Xüsusi nümayəndənin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin həmçinin ATƏT PA-nın payız plenar sessiyasında qaldırılacağı planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi