Minsk Qrupunun amerikalı həmsədri Ermənistan-Azərbaycan sərhədində baş verən insidentə münasibət bildirib

Minsk Qrupunun amerikalı həmsədri Ermənistan-Azərbaycan sərhədində baş verən insidentə münasibət bildirib Ceyms Uorlik: "Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həlli yoxdur"
Qarabağ
30 Dekabr , 2016 10:28
Minsk Qrupunun amerikalı həmsədri Ermənistan-Azərbaycan sərhədində baş verən insidentə münasibət bildirib

Bakı. 30 dekabr. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə əlaqədar üzüldüyünü bildirib və həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Bu barədə "Report" "News.am" portalına istinadən xəbər verir.

Onun sözlərinə görə, bu hadisə regionda uzunmüddətli sülhün yaradılmasına səbəb olacaq münaqişinən danışıqlar yolu ilə nizamlanması prosesinin irəlilədilməsinin əhəmiyyətini göstərir.

"Əvvəl də qeyd etdiyimiz kimi, bu münaqişənin hərbi yolla həlli yoxdur", - deyə C.Uorlik əlavə edib.

Xatırladaq ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.

Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür

Son xəbərlər

Orphus sistemi