ATƏT-in Minsk qrupunun həmsədrləri: "Qarabağda gərginliyə yol vermək olmaz"

ATƏT-in Minsk qrupunun həmsədrləri: "Qarabağda gərginliyə yol vermək olmaz" ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi köməkçisi Anjey Kaspşik Azərbaycanla Ermənistan arasındakı sərhəddə vəziyyətin gərginləşməsi nəticəsində insanların həlak olmasından təəssüfləndiklərini bildirərək ölənlərin ailələ
Qarabağ
13 İyul , 2020 19:45
ATƏT-in Minsk qrupunun həmsədrləri: Qarabağda gərginliyə yol vermək olmaz

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Azərbaycanla Ermənistan arasındakı sərhəddə vəziyyətlə bağlı bəyanat veriblər.

“Report” xəbər verir ki, bəyanatda insanların həlak olmasından təəssüf bildirilir və ölənlərin ailələrinə başsağlığı verilir.

Həmçinin bu hadisənin əvvəlindən Ermənistan və Azərbaycanın rəsmi şəxslərilə birbaşa təmas qurulduğu göstərilir.

Həmsədrlər atəşkəs rejiminin son pozulmasını pisləyərək tərəfləri aralarındakı birbaşa rabitə kanallarından da istifadə etməklə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün hər cür zəruri tədbirlər görməyə çağırıb.

Bəyanatda həmçinin tərəfləri ən qısa zamanda danışıqları bərpa etməyə çağıraraq ATƏT-in müşahidəçilərini regiona qaytarmağın zəruriliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi