ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi cəbhədə monitorinq keçirəcək

ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi cəbhədə monitorinq keçirəcək Bakı. 2 may. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 3-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Qarabağ
2 May , 2018 11:18
ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi cəbhədə monitorinq keçirəcək

Bakı. 2 may. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 3-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokrıtıx keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç, Martin Şuster və YSPQ-nin rəhbəri polkovnik Vladimir Minarik keçirəcəklər.

Son xəbərlər

Orphus sistemi