Yuxarı

ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb

ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb
Monitorinq Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilib

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Piter Svedberq və yüksək səviyyəli planlama qrupunun nümayəndəsi polkovnik-leytenant Den Harvey keçirib. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və yüksək səviyyəli planlama qrupunun nümayəndəsi polkovnik Andrey Baraşkin keçirib.

Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi