Yuxarı

ATƏT-in qoşunların qarşıdurma xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb

ATƏT-in qoşunların qarşıdurma xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb
Monitorinq Tərtər şəhəri istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində olub

Bakı. 28 noyabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 28-də Tərtər şəhəri istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçisi Jiri Aberle keçiriblər. 

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Piter Şvedberq keçiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi