ATƏT-in monitorinqi zamanı ermənilər Azərbaycan mövqelərinə atəş açıb

ATƏT-in monitorinqi zamanı ermənilər Azərbaycan mövqelərinə atəş açıb Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə cavab atəşi açmayıb və monitorinqin başa çatmasına şərait yaradılıb
Qarabağ
14 Yanvar , 2015 15:15
ATƏT-in monitorinqi zamanı ermənilər Azərbaycan mövqelərinə atəş açıb

Bakı. 14 yanvar. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 14-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq başa çatıb. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, monitorinq zamanı erməni silahlı bölmələri tərəfindən Azərbaycan mövqeləri istiqamətində atəş açılıb.

Azərbaycan tərəfdən monitorinqdə iştirak edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Yevgeni Şarov bildirib ki, əvvəlcədən müəyyən edilmiş monitorinqin keçirilməsi qaydalarına uyğun olaraq, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə cavab atəşi açmayıb və monitorinqin başa çatmasına müvafiq şərait yaradılıb.

Müdafiə Nazirliyi bildirir ki, erməni tərəfi həmişə olduğu kimi istənilən vəziyyətdən istifadə etməklə bu cür çirkin əməllərə əl ataraq təxribat törətməklə vəziyyəti gərginləşdirməyə və beynəlxalq təşkilatları da buna cəlb etməyə cəhd göstərir.

Son xəbərlər

Orphus sistemi