​ATƏT-in Minsk qrupunun həmsədrləri qoşunların təmas xəttində baş verən hadisələrdən narahatdırlar

​ATƏT-in Minsk qrupunun həmsədrləri qoşunların təmas xəttində baş verən hadisələrdən narahatdırlar Həmsədrlər Azərbaycan xarici işlər naziri ilə görüşün yekunlarına dair bəyanat yayıb
Qarabağ
27 Yanvar , 2015 20:40
​ATƏT-in Minsk qrupunun həmsədrləri qoşunların təmas xəttində baş verən hadisələrdən narahatdırlar

Bakı. 27 yanvar. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş vermiş və insan tələfatına səbəb olan hadisələr barədə məlumatlardan narahat olduqlarını bildiriblər.

"Report"un verdiyi məlumata görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunlarına dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında deyilir.

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində müəyyən irəliləyişlər əldə edilməsi, etimadın bərpası üçün ötən il müşahidə edilən zorakılıq faktlarının artmasının qarşısı alınmalıdır", - bəyanatda qeyd olunur.

Həmsədrlər münaqişə tərəflərini gərginliyin azaldılması istiqamətində lazımi tədbirlər görməyə çağırıb: "Zorakılıq sülhə nail olmaq istiqamətində atılan addımlara mane olur".

Bəyanatda vurğulanır ki, gələcək addımlar çərçivəsində yaxın vaxtlarda həmsədrlərin Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü və regiona səfəri nəzərdə tutulur.  

Son xəbərlər

Orphus sistemi