ATƏT-in Minsk qrupunun həmsədrləri fevralda regiona səfər edəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri fevralda regiona səfər edəcəklər Səfər ayın əvvəlinə nəzərdə tutulub
Qarabağ
18 Yanvar , 2018 21:37
ATƏT-in Minsk qrupunun həmsədrləri fevralda regiona səfər edəcəklər

Bakı. 18 yanvar. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın əvvəlində regiona səfər edəcəklər.

“Report” xəbər verir ki, bunu Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavab olaraq xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Krakovda keçirilən görüş əsnasında həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb. Bu ideyalar əsasında müzakirələr davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər. Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi