ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftənin sonuna Azərbaycana gələcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftənin sonuna Azərbaycana gələcəklər Stefan Viskonti: "Həmsədrlər gündəliyin tərtib edilməsində problemlərin olduğuna görə ölkələrə müxtəlif vaxtlarda səfər edəcəklər"
Qarabağ
7 Mart , 2017 16:05
ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftənin sonuna Azərbaycana gələcəklər

Bakı. 7 mart. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftə Azərbaycana səfər edəcəklər.

“Report” xəbər verir ki, bunu "Mediamax"a müsahibəsində Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti bildirib.

Onun sözlərinə görə, vasitəçilər əvvəlcə Azərbaycana, sonra mart ayı ərzində Ermənistana və Dağlıq Qarabağa səfər edəcəklər.

S.Viskonti deyib ki, həmsədrlər bu dəfə logistika və gündəliyin tərtib edilməsində problemlərin olduğuna görə ölkələrə müxtəlif vaxtlarda səfər edəcəklər.

ABŞ-nın Azərbaycandakı səfirliyindən “Report”a bildirilib ki, ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland bu həftənin sonlarında Bakıya gələcək.

Son xəbərlər

Orphus sistemi