ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yayıblar

ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yayıblar Sənəddə münaqişə tərəfləri Vyana və Peterburqda keçirilmiş görüşlərin nəticələrinə dair birgə bəyanatdakı razılaşmalara hörmət etməyə çağırılır
Dağlıq Qarabağ münaqişəsi
108
24 İyun , 2016 21:05
ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yayıblar

Bakı. 24 iyun. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yayıblar. 

"Report" xəbər verir ki, sənəddə münaqişə tərəfləri mayın 16-da Vyana və iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşlərin nəticələrinə dair birgə bəyanatda öz əksini tapmış razılaşmalara hörmət etməyə çağırılır. 

"Biz Azərbaycan və Ermənistanı ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin missiyasını genişləndirmək üçün mövcud olan bütün maneələri aradan qaldırmağa, həmçinin ATƏT-in araşdırma mexanizminin yaradılmasına dair təklifə və substantiv danışıqlarda irəliləyişə nail olmağa çağırırıq", - deyə bəyanatda qeyd olunub. 

Həmsədrlər həmçinin prezidentlərin son iki görüşün nəticələrinin irəliləməsi üçün hər iki tərəflə bu istiqamətdə işin davam etdirilməsinə hazır olduqlarını bildiriblər.  

Son xəbərlər

Orphus sistemi