ATƏT-in Minsk qrupu növbəti bəyanat yaydı

ATƏT-in Minsk qrupu növbəti bəyanat yaydı ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Azərbaycanla Ermənistan arasındakı sərhəddə vəziyyətlə bağlı növbəti bəyanat veriblər.
Dağlıq Qarabağ münaqişəsi
1270
16 İyul , 2020 02:02
ATƏT-in Minsk qrupu növbəti bəyanat yaydı
0 : 00
0 : 00

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Azərbaycanla Ermənistan arasındakı sərhəddə vəziyyətlə bağlı növbəti bəyanat veriblər.

“Report”un məlumatına görə, həmsədrlər bəyanatda sülh prosesinin bərpasına əlverişli atmosfer yaratmağın zəruriliyini vurğulayıblar.

Qeyd olunub ki, tərəflər kəskin ritorikadan və bölgədəki vəziyyəti dəyişdirməyə çalışmaqdan çəkinməlidir.

Bildirilib ki, həmsədrlər Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin yaxın zamanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacib tərəfləri ilə bağlı əsaslı danışıqlar aparmasının təsdiqlənməsini alqışlayır və ATƏT müşahidəçilərinin vəziyyət imkan verdiyi zamanda bölgəyə qayıtmasının vacibliyini vurğulayıblar.