ATƏT-in Minsk qrupunun həmsədrləri təşkilatın fəaliyyətdə olan sədri və baş katibi ilə görüşüblər

ATƏT-in Minsk qrupunun həmsədrləri təşkilatın fəaliyyətdə olan sədri və baş katibi ilə görüşüblər Görüşdə Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində müşahidə olunan gərginliyin azalmasının vacibliyi vurğulanıb
Qarabağ
7 Fevral , 2015 16:42
ATƏT-in Minsk qrupunun həmsədrləri təşkilatın fəaliyyətdə olan sədri və baş katibi ilə görüşüblər

Bakı. 7 fevral. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri təşkilatın fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç və təşkilatın baş katibi Lamberto Zanyerlə görüşüblər.

"Report"un verdiyi xəbərə görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik öz "tvitter" səhifəsində bildirib.

Onun sözlərinə görə, görüşdə Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində müşahidə olunan gərginliyin azalmasının vacibliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi